BAYRAQ GÜNÜ
9 noyabr 2016-cı ildə General M.Əsədov adına 29 №-li tam orta məktəbdə "Bayraq" günü münasibətilə tədbir keçirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının bayrağı-Azərbaycan Respublikasının rəsmi simvollarından biridir. Bayrağımız ilk dəfə 1918-ci il 9 noyabrda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmiş, 5 fevral 1991-ci il tarixdə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul edilmişdir. Qeyd olunmuşdur ki, bayrağımız 1990-cı ilin noyabr ayının 17-də Naxçıvan MR Ali Məclisinin sədri H.Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan MR-nın Dövlət bayrağı kimi təsdiq edilmişdir.