Şagirdlər tərəfindən gül kolları əkildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 №-li əmri ilə təsdiq edilmiş “Təbiəti qoruyanlar” adlı layihənin keçirilməsi ilə bağlı 25.04.2022-ci il tarixində məktəbin həyətyanı sahəsinin yaşıllaşdırılması məqsədi ilə şagirdlər tərəfindən gül kolları əkildi. Şagirdlərə güllərin əkilməsi və bitkilərə qulluq edilməsi haqqında məlumat verildi. Təbiəti sevmək və yaşıllığı qorumaq şagirdlərə tövsiyyə edildi.