DÖVLƏT MÜSTƏQİLLİK GÜNÜ

18 oktyabr "Dövlət Müstəqilliyi Günü" General M.Əsədov adına 29 №-li tam orta məktəbdə keçirildi. Tədbirdə qeyd edilmişdir ki, 18 oktyabr Dövlət müstəqilliyi günüdür. 25 il bundan qabaq Azərbaycan Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Aktda qeyd edilir ki, Müstəqil Azərbaycan Dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konistitusiya aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrn 29-da ümumxalq referendumunda isə bu məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i olkənin müstəqilliyinə səs verir 2006-cı il dekabrın 8-də Milli Məclis Əmək Məcəlləsində dəyişiklik edərək 18 oktyabr Müstəqillik gününü bayram günü kimi qeyd edir. Lakin həmin gün istirahət günü sayılmır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi