“Çağırışaqədərki hazırlıq” fənninin tədrisində hərbi-vətənpərvərlik tərbiyyəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət Planına əsasən “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsi məqsədi ilə 10a sinifində dəyirmi masa keçirildi. Micrasoft Teams platformasında keçirilən onlayn dəyirmi masada məktəb rəhbərliyi ilə bərabər GÇQH müəllimi Mübariz Qasımov şagirlərlə vətənpərvərlik mövzusunda söhbət apardı. Şagird və müəllimlər öz çıxışlarında ikinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ruhunu yad etdilər. Qazilərimiz və hərbiçilərimizin qəhrəmanlıq sücaəti, Ali Baş Komandan İlham Əliyevə olan inam və ehtiramlarını bildirdilər. Şagirdlər öz düşüncələri ilə bölüşdü, gələcəkdə xalqımıza layiqli övlad olacaqlarına, Vətənimizi qoruyacaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi