Ali Baş Komandan İlham Əliyevin Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət Planına əsasən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barəsində 25 dekabr 2020-ci il tarixində TEAMS proqramı platformasında müəllimlərin iştirakı ilə dəyirmi masa keçirildi. Tarix müəllimləri Orucov Anatoli, Bağırova İradə, Əhmədova Kəmalə xalqımızın Prezident İlham Əliyevə qarşı hörmət və ehtiramı, düzgün siyasəti, əsgərlərimizə qarşı diqqət və qayğısı, ikinci Qarabağ müharibəsində qazandığımız qələbə haqda geniş məlumat verdilər. Eləcə də məktəb direktoru Reyhan Ələkbərova yaralı əsgərlərimizə şəfa, şəhidlərmizə isə Allahdan rəhmət dilədi.