Pedaqoji şura iclası keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 tarixli F-512 nömrəli əmri və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli F-333 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan xalqının tarixi qələbəsinin təhsildə əks etdirmək haqqında” Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı hazılranmışdır. Fəaliyyət Planına uyğun olaraq 28.11.2020-ci il tarixində məktəb rəhbərliyi və müəllim kollektivinin iştirakı ilə pedaqoji şura iclası keçilirildi. İclasda məktəb direktoru Reyhan Ələkbərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətinin Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti haqqında məlumat verdi, Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi sücaət və qəhrəmanlıq müzakirə olundu. Eyni zamanda iclasda onlay dərslərin keçirilməsi və müxtəlif tədbirlərin ardıcıl və sistemli şəkildə yerinə yetirilməsi üçün zəruri olan təşkilati-pedaqoji işləri vaxtında həyata keçirilməsi tapşırıldı.