Məhəmməd Əsədovun xatirəsi yad olundu
Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotun ermənilər tərəfindən vurulmasından 29 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşlar.Həlak olanlar arasında sabiq daxili işlər naziri Məhəmməd Əsədovda var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Xətai rayonunda yerləşən 29 nömrəli məktəbə Məhəmməd Əsədovun adı verilib.Hər il olduğu kimi bu il də onun xatirəsini yad etmək məqsədi ilə məktəb rəhbərliyi, müəllim və valideynlərdən ibarət bir qrup Məhəmməd Əsədovun büstünün önünə qərənfillər düzdülər. Eləcə də 5b sinif şagirdləri tərəfindən videorolik hazırlanıb nümayiş olundu.