18 sentyabr Milli Musiqi Günü
Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün münasibəti ilə 18 sentyabr 2020-ci il tarixində məktəbin musiqi müəllimi Şamıyeva Südabə şagirdlərlə birgə videorolik hazırladı. Videorolikdə şagirdlər divar qəzeti hazırlayıb bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verdi. Bəstələdiyi musiqi əsərlərindən biri skripkada ifa olundu və rəqs nümayiş edildi.