e Twining layihəsi çərçivəsində “Ağlımla oynayıram, ağıllım” layihəsi
Etwining layihəsi çərçivəsində “Ağlımla oynayıram, ağıllım” layihəsi Azərbaycan (Gülnarə Qayibova) və Türkiyə (Erkan Erden) müəllimlərinin birgə əməkdaşlığı nəticəsində qurulan ortaq layihədir. Oyun əxlaq məktəbidir, amma sözdə deyil, əməldə əxlaq.
“Ağlımla oynayıram, ağıllım!” layihəsi, şagirdləri zəka oyunlarının keçmişdən bu günə inkişaf tarixi, məzmunu, qaydaları ilə tanış edəcək. Oyunlar zamanı şagirdlərin məntiqi mülahizə yürütmək bacarığı inkişaf edəcək. Eləcə də şagirdlər, zəka oyunları ilə bağlı xatirələrini,düşüncələrini hekayələr şəklində yazacaq, özləri yeni oyunlar hazırlaya biləcəklər. Layihənin bütün iştirakçılarına uğurlar arzulayırıq!