“Müstəqillik tariximizin şanlı səhifəsi” adlı videotəqdimat müsabiqəsində iştirakçımız
28 may - Respublika Gününə həsr olunmuş onlayn videotəqdimat müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərimizdə vətənpərvərlik ruhunu aşılamaq, tariximizi daha dərindən öyrənmək, onlarda ədəbi-bədii təfəkkürü düzgün formalaşdırmaq və özünüifadə qabiliyyətini inkişaf etdirməkdir. “Müstəqillik tariximizin şanlı səhifəsi” başlığı altında təqdimatla VIIa sinif şagirdi Şıxəliyeva Selcan Rauf qızı məktəbimizi təmsil edəcək.