Onlayn dərslər keçirilir
Mart ayindan etibarən Respublikamızda karantin rejimi elan olunmuşdur. Şagirdlərin evdən çıxmadan təhsillərini davam etdirmək məqsədi ilə müəllim kollektivi və şagirdlər müxtəlif proqramlardan istifadə edərək dərslərini davam etdirirlər.
Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verildi. Müəllim və şagirdlər “Virtual məktəb” layihəsində qeydiyyatdan keçərək fənnlər üzrə onlayn dərslərdən yararlana bilirlər.