“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” nin II turu keçirildi
27 fevral 2020-ci il tarixində Bakı şəhəri üzrə IX-XI sinif şagirdlərindən ibarət komandaları arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirildi. Bu müsabiqədə “Atom” komandasının üzvləri, IX sinif şagirdi-İsmayılov Rüfət, X sinif şagirdi- Balacayev Ayxan, XI sinif şagirdi- Məmmədzadə Leyla məktəbimizi təmsil etdilər.