Şagirdlərin fizika fənni üzrə, elektrik, maqnit və cazibə sahələri haqqında təqdimatı

05 .02.2020-ci il tarixində IX sinif şagirdlərinin fizika fənni üzrə, elektrik, maqnit və cazibə sahələri haqqında geniş təqdimat dərsi keçirildi.Hər bir şagirdin bu dərsin hazırlanmasında böyük rolu olmuşdur. Onlar hər bir sahə haqqında maraqlı təcrübələr apardılar, plakatlar və videoçarxlar təqdim etdilər. Maraqlı cəhət ondan ibarət idi ki, fizika müəllimi Aslanova Nərqiz dərsə heç bir müdaxilə etmədi. Dərs şagirdlərin özləri tərəfindən əyani sürətdə aparıldı. Digər şagirdlərlə yanaşı Fərid, Seyfulla, Rüfət, Nigar,Aysu, Elnarə, Faiq öz fəallığı ilə seçildilər. Dərsdə qonaq qismində oturan məktəb rəhbərliyi və müəllimlər şagirdlərin bu təqdimat dərsini yüksək qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi