"Bu gün gərək hər anımız Vətən desin!" Ölənlərin əvəzinə qalanlarımız Vətən desin!"
Aprelin 1-dən 5-dək Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasındakı qarşıdurma zamanı döyüşlərdə şəhid olamların və xüsusi şücaət göstərmiş əsgər və zabitlərimizin gənc nəslə tanıdılması, onların qəhrəmanlıq nümunələrinin təbliği ilə əlaqədar məktəbdə keçirilən "Bu gün gərək hər anımız Vətən desin!" Ölənlərin əvəzinə qalanlarımız Vətən desin!" adlı tədbirdə müəllim və şagirdlər yaxından iştirak etmişlər. Tədbirdə şəhidlərimizin xatirəsinə şerlər söylənmiş, onların qəhrəmanlığına aid videoroliklər göstərilmişdir.