“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirildi
29 dekabr 2019-cu il tarixində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə məktəbin akt zalında tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. 4b sinif şagirdləri şeir söylədi, musiqi və rəqslə zəngin keçən tədbir hər kəs tərəfindən maraqla izlənildi.