“Valideyn məktəbdə bir gün” layihəsi həyata keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Valideyn məktəbdə bir gün” layihəsi həyata keçirilir. Bizim məktəb də bu layihəyə qoşularaq, 18 dekabr 2019-cu il tarixində məktəb kollektivi valideynləri qonaq qismində qarşıladı. Valideynlər övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanış oldular. Hər bir sinifdə valideynlər dərs dinlədilər, biologiya fənni üzrə açıq dərsdə iştirak etdilər. Müəllimlər otağı, kitabxana, dərs cədvəli ilə tanış oldular, dəhlizdə hazırlanmış əl işlərindən ibarət sərgiyə baxdılar və 4b sinif şagirdlərinin konfrans zalında hazırladıqları “Kiçik tədqiqtçılar” layihəsinə tamaşa etdilər. Valideynlər dərs prosesindən razı qaldılar və xoş təəsuratla məktəbdən ayrıldılar.