Məktəb kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım günü keçirildi.
11 dekabr 2019-cu il tarixində məktəbin kitabxanasında Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin anım günü keçirildi.
Onun keçdiyi mənalı həyat yolu barədə kitabxana müdiri Sevil Hacıyeva məlumat verdi. 5-6-cı sinif şagirdləri şerlər söylədi. H.Əliyevin tövsiyyə etdiyi bu sözləri Sevil Hacıyeva şagirdlərə xatırlatdı: “Mən istərdim ki, gənclər Şekspiri ingiliscə,Nizamini azərbaycanca, Puşkini rusca oxusunlar”. Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə dursunlar. Xalq, Vətən sizin sucaətinizi layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır.