Nailiyyətlərimiz

Məkəblilərarası I fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilibTədbirdə Təhsil Nazirliyinin, Səbail və Xətai rayon icra hakimiyyətlərinin rəsmiləri, Milli Məclisin üzvləri, məktəb direktorları, təhsil ekspertləri iştirak ediblər. Mərasimdə fərdi qaydada riyaziyyat, kimya, fizika və biologiya fənləri üzrə I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub. Hər fənn üzrə ilk onluqda olan şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Komanda hesabında riyaziyyat və təbiət elmləri üzrə I, II və III yeri tutan ümumi təhsil müəssisələrinə kubok verilib. Liseyimiz ümumi komanda hesabinda bütün iştirak edən məktəblər arasında üçüncü yerə, Bakı məktəbləri arasında I yerə layiq görüldü. Liseyimizi təmsil edən bir neçə şagird mükafatlandırılıb: Yusifzadə Aidə Elxan qızı- Kimya- I yer(VII sinif), Ağalı Günel Ənvər qızı - Fizika- I yer (VIII sinif), Paşayeva Aytəkin Ramiz qızı -Biologiya- II yer (VIII sinif) , Cəbrayıllı Pərvin Təbriz qızı- Biologiya- III yer(VII sinif) , Yusifov Nemət Kamran oğlu- Fizika- II yer(IX sinif), İbrahimli Nərgiz Azər qızı- Biologiya -III yer(IX yer), Bağırov Kənan- komanda hesabına III yer , Fətəkova Nigar- komanda hesabına III yer, Qəniyeva Günay- komanda hesabına III yer

Fənn Olimpiadasının qalibi2014-cü ildə keçirilən fənn olimpiadasının respublika turunda liseyimizin şagirdi Əliyev Ələsgər fizika fənni üzrə III yerə,Ələkbərli Əli Riyaziyyat fənni üzrə II yerə layiq görülmüşdür.

Nağıl müsabiqəsində qalibiyyətƏnənəvi olaraq hər il Xətai rayonu üzrə ibtidai siniflər arasında noyabr-dekabr aylarında “Nağıl” müsabiqəsi keçirilir. Bu il də müsabiqədə liseyimiz “Əlibaba və qırx quldur” nağılı ilə çıxış edirdi. Liseyimiz hər il olduğu kimi bu il də müsabiqəyə çox məsuliyyətlə hazırlaşmışdı. Bu dəfə də Hacinskaya Reyhan öz 3a sinfi ilə möhtəşəm bir iş ərsəyə gətirdi. Əsas rolun ifaçısı Yusifzadə Əli və aparıcı Tağıyeva Nilufər xüsusi olaraq fərqləndilər. Əslində bütün rolların ifaçıları özünə görə çox maraqlı idilər və öz rollarının öhdəsindən məharətlə gəldilər. Bunun nəticəsidir ki, 287 №li “Zəkalar” liseyi bu il də keçirilən “Nağıl” müsabiqəsinin qalibi elan edildi və birinci yerə layiq görüldü. Nəzərə alsaq ki, Xətai rayonunda 35-dən çox məktəb var ,bu çox yüksək nəticədir. Balacalarımızı təbrik edir və yeni uğurlar arzulayırıq.

HAQQIMIZDA

       Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən 287 nömrəli Zəkalar liseyi 1992-ci ildən fəaliyyət göstərir. Liseyin əsas məqsədi dövlət, təhsil siyasətinin prioritet istiqamət...

BİZİM FƏXRLƏRİMİZ

Kəmalə Əliyeva Kamal

Rauf Səfərov Vüqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi