“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

     12 noyabr 2019 tarixində 287 nömrəli Zəkalar liseyində  “Mənimlə danış” kampaniyası çərçivəsində görüş  təşkil olunub.   Görüşü liseyin təşkilati işlər üzrə direktor   müavini  Səidə Rəhimova keçirib. Görüşün əsas məqsədi  liseydə  sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

     Təhsil Nazirliyi və YUNİSEF-in birgə əməkdaşlığı çərçivəsində keçirilən görüşdə ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verilib. Məktəblərdə sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, "Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi