Bayraq günü qeyd edildi

     08.11.2019 tarixində 287 nömrəli Zəkalar liseyində Bayraq günü   qeyd edildi. Liseydə keçirilən tədbirlərin hər biri məktəblilərdə milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və  vətənpərvərlik hissini yüksəltmək məqsədini daşıyırdı. İbtidai sinif rəhbəri Reyhan Hacinskaya birincilərin iştirakı ilə  maraqlı tədbir hazırlamışdı. Tədbirdən sonra şagirdlər liseyin rəhbəri Aygün Əhmədlini təbrik etmək üçün onunla görüşdülər.

    Şagirdlər arasında inşa və divar qəzeti müsabiqələri keçirildi. Qaliblər mükafatlandırıldı. Yuxarı sinif şagirdlərinin iştirakı ilə liseyin tarix müəllimi Abbaslı Eminin rəhbərliyi altında "101 yaşlı bayrağım" adlı "Dəyirmi masa"  təşkil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi