Şagirdlərimiz "Breyn-rinq" yarışında birinci yerin sahibi oldu

16 oktyabr 2019-cu il tarixində liseyimizin komandası  intellektual yarışmada iştirak etdi. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Xəzər" İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə  paytaxt məktəbliləri arasında "Breyn-rinq"  intellektual yarışı keçirildi. "18 Oktyabr-Dövlət Müstəqilliyi günü" münasibətilə  keçirilən oyunda 12 komanda iştirak edirdi. Liseyimizi 9-cu sinif şagirdləri  Səttarzadə Cavidan, İskəndərov Murad, Salamzadə Məleykə,  Tağıyeva Nilufər,   Abbasova Fidan  və Rəhimov Tofiqdən ibarət komanda təmsil edirdi. Oyunun hər raundunda rəqib komandalardan ciddi xal hesabı ilə fərqlənən  şagirdlərimiz, finalda görüşdükləri hər iki komandanı 4-0 hesabı ilə məğlub edərək qalib adını qazandılar. Qaliblər medal, fərman və kubokla mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi