Bilik yarışının qalibləri mükafatlandırıldı

Liseyimizin uzun illər davam edən ənənələrindən biri də "Bilik yarışı"ıdır. Hər dərs  ilində  I-VI sinif şagirləri arasında   payızdan başlayaraq həftəaşırı şənbə günləri Azərbaycan dili, riyaziyyat, məntiq və ingilis dili fənlərini əhatə sualların olduğu yarışmanın finalı may ayının sonunda keçirilir. Finalda il boyu keçirilən yarışların qalibləri biliklərini sınayır. Yalnız məntiq suallarını cavablandıran şagirdlərdən hər sinif üzrə ən yüksək bal toplayanlar kubokun, bir balla fərqlənənlər isə fəxri fərmanın sahibi oldular.

Dərs ilinin son günlərində sıra təlimi zamanı liseyin direktoru A.Ə.Əhmədli "Bilik yarışı"nın, eyni zamanda il boyu keçirilən həm məktəbdaxili, həm də respublika səviyyəli yarışların qaliblərini şagirdlər və valideynlər qarşısında təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi