"Tık-tık xanım" nağılı səhnələşdirildi

12 mart 2016 tarixində liseyimizin akt zalında yenə bayram ab -havası var idi. İngilis dilində "Tık-tık xanım" nağılı səhnələşdirilmişdi. Tədbiri liseyin ingilis dili müəllimi Şıxəliyeva Aysel təşkil etmişdi. Nağıl qəhrəmanların rəngarəng paltarları və gözəl ifası könülləri oxşadı. 6c sinif şagirdlərinin ifasında nağıla tamaşa etdikdən sonra H.Dilbər müəllimin dərs dediyi 6a sinif şagirdləri də ingiliscə mahnı və şeir ifa etdilər. Lisey rəhbərliyi və gələn qonaqlar tədbirdən xoş təəssüratlarla ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi