Anım gününə həsr olunmuş yarışma

9 dekabr 2018-ci ildə liseyimizdə  ümummilli lider Heydər Əlieyvin anım gününə həsr olunmuş  "Nə? Harada? Nəvaxt?"  intellektual yarışması keçirildi. Liseyimizin riyaziyyat müəllimi Məmmədov Səxavət və onun onuncu sinif şagirdlərinin təşkilatçılığı ilə baş tutan yarışmada liseyin 8, 9, 10 və 11-ci sinif şagirdlərinin komandaları iştirak etdi. Yarışmada iyirmiyə yaxın komanda biliyini sınadı. Onlar 32 sualı cavablandırdılar. Sonda birinci yerə 11d sinif şagirdlərindən ibarət komanda, ikinci yerə 8k sinif şagirdləri layiq görüldü. 3-cü yeri isə 8b  və 8a  sinif şagirdlərindən ibarət iki komanda bölüşdü. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi