Liseyimizdə Bayraq günü qeyd edildi

8 noyabr 2018-ci ildə liseyimizdə Bayraq günü münasibətilə bir sıra tədbirlər keçirildi.  Liseyin bütün siniflərdə pəncərələrə bayraq asıldı. Siniflərdə dərslərin gedişatında müxtəlif maraqlı yollarla bayraq mövzusu  işləndi, vətənpərvərlik ruhunda mahnılar oxundu. Liseydə dövlət rəmzimiz mövzusunda divar qəzeti, el işləri, rəsm və şeir müsabiqələri keçirildi. Vətən sevgisini tərənnüm edən maraqlı ifalar dinləndi. Fərqlənən şagirdlər mükafatlandırılıdı. Liseyin dəhlizlərində bir qrup  ibtidai sinif şagirdi yürüş keçirdi, yürüş boyunca qarşılaşdıqları müəllim və şagirdlərin təbrik edən yürüş iştirakçılarının  son dayanacağı  direktorun otağı oldu. Lisey rəhbəri də öz növbəsində balacaları təbrik etdi və maraqlı təbrikləşməni təqdirlə qarşıladığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi