Anım günü qeyd edildi

19 yanvar 2018-ci il tarizində  liseyimizin akt zalında 20 Yanvar - Milli Qürur Günümüzlə bağlı tədbir keçirildi. Tədbir liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri Tağıyeva Xəyalə və Əliyeva  Könül tərəfindən 6- 9-cu sinif şagirdlərinin iştirakı ilə hazırlanmışdı. Şagirdlər 20 Yanvar faciəsini andıran səhnəciklər, şeirlər söylədilər, vətənpərvərlik ruhunda mahnılar ifa edtilər. Faciə qurbanları ilə bağlı hazırlanmış video təqdim etdilər.Tədbirin sonunda liseyin direktoru A.Əhmədli çıxış edərək anım gününun təkcə akt zalında deyil, dərs gününün birinci saatı bütün siniflərdə mövzu ilə bağlı müzakirələr aparılaraq qeyd edildiyini söylədi, tədbirdən sonra Şəhidlər xiyabanını ziyarət edəcəklərini diqqətə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi