Son zəng - 2017

14 iyun 2017-ci ildə respublikanın hər yerində olduğu kimi liseyimizdə də bayram əhval-ruhiyyəsi vardı. Liseyin həyətində bu ilki məzunların ən xoş gününə liseyimizin müəllimləri, valideynlər, qonaqlar toplanmışdı. Aparıcılar 11d sinif şagirdi R. Aytac və 11a sinif şagirdi S. Yusifəli tədbiri açıq elan etdikdən sonra, çıxış üçün ilk söz liseyin direktoru Aygün Əhmədliyə verildi. Cari dərs ilində uğurlarımızdan bəhs edən Aygün xanım, il ərzində xüsusilə fərqlənən məzunlarımıza, 670-700 bal toplayan, fənn olimpiadalarının qalibi olan məzunlarımıza fəxri fərmanlar təqdim etdi. Daha sonra Xətai rayon İH-indən Jalə Abdiyeva, Təhsil Nazirliyindən metodist Kəmalə Həşimova çıxış etdi. Dərs ili boyunca məktəbin ictimai işlərində fəal iştirak edən müəllimlərə fəxri fərmanlar təqdim edildi. Birinci sinif şagirdlərinin ardınca on birincilərin rəqsləri və mahnıları ifa edildi. Sonda 11a sinif şagirdi İ. Altay liseyin simvolik açarını 10b sinif şagirdi Paşayeva Aytəkinə və Quluzadə Mehdiyə təhvil verildi. Nəhayət, son zəng çalındı...Yolunuz açıq, uğurlarınız bol olsun, əziz məzunlarımız!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi