Elmi-texniki yaradıcılıq müsabiqəsinin qalibi

8 iyun 2017-ci ildə Respublika Texniki Yaradıcılıq Mərkəzində uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçirildi. Tədbirdə uşaqların hazırladıqları əl işləri, maketlər nümayiş olundu. Müsabiqənin qalibləri yaradılmış münsiflər heyəti tərəfindən seçildi.Hər bir nominasiya üzrə ilk üç yeri tutan qaliblər Xətai rayon Gənclər və İdman idarəsi və Respublika Texniki Yaradıcılıq Mərkəzinin diplomları ilə mükafatlandırıldılar. 287 №li "Zəkalar" liseyinin 7d sinif şagirdi Ağalarov Mirmehdi müsabiqənin "Səmərəliləşdiricilik və ixtiraçılıq" nominasiyası üzrə I yerə layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi