Dərs ili ərzində fərqlənənlər mükafatlandırıldı

Liseyimizin özünəməxsus ənənələri vardır. Bunlardan biri də 1 iyunda səhər sırasında dərs ili boyunca xüsusi fərqlənən şagirdlərin bütün lisey kollektivi və valideynlər önündə mükafatlandırılmasıdır. Bu il də ənənəmizə sadiq qalaraq birinci dərsdən əvvəl sırada himn oxunduqdan sonra liseyin direktoru çıxış etdi. Əvvəlcə bütün şagirdlərin bayramını təbrik etdi, daha sonra il ərzində lisey olaraq qazandığımız uğurları bir daha dilə gətirdi. 27 may tarixində keçirilmiş bilik yarışmasında qalib gələn şagirdlərin kubok və fəxri fərmanları, il ərzində şəhər və respublika səviyyəli bilik yarışmalarının qaliblərinin fəxri fərmanları təqdim edildi. Birinci dərs ərzində isə mayın sonunda oxu sürəti texnikasının yoxlanılması zamanı xüsusi fərqlənən ibtidai sinif şagirdləri öz siniflərində fəxri fərmanlarla mükafatlandırıldı.1oc sinif şagirdi İ.Aysu və Quluzadə Mehdi, 9c sinif şagirdləri B.Aydan, S.Zinyət Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş inşa müsabiqəsində iştirakına, 7a sinif şagirdi B. Murad uşaq yaradıcılıq birliyində keçirilmiş tədbirdə fəal iştirakına görə təltif edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi