1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü liseyimizdə qeyd edildi

31 may 2017-ci ildə liseyimizdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi. Tədbirdə YAP-sının Xətai rayon aparatından, Xətai rayon İH-nin Gənclər və İdman şöbəsindən, rayonumuzun bir neçə təhsil müəssisəsindən direktorlar təşrif buyurmuşdu. Çox rəngarəng musiqi nömrələri ilə zəngin tədbir sözün əsl mənasında uşaqların bayramına çevrildi. "Sağlam mühit, sağlam gələcək" devizi altında düşünən şagirdlərimiz "Tullantılardan incəsənətə" adlı dəfilə təqdim etdilər, səhnənin kənarında və eyni zamanda dəfilədə uşaqların tullantılardan hazırladıqları əl işləri sərgiləndi. Şagirdlərin kostyumları, ifa etdikləri rəqslər, 1a sinifinin təqdimatında pantomim səhnəcik, mahnılar tədbirdə iştirak edənlərdə yüksək əhval- ruhiyyə yaratdı, eyni zamanda dünyamız və ətraf mühit barədə bir daha düşündürdü. Tədbirin sonunda liseyin direktoru A.Əhmədli və gələn qonaqlar çıxış etdilər, gələcəyimiz olan uşaqların sağlam cəmiyyətdə və sağlam ekoloji mühitdə böyüməsinin vacibliyi vurğuladılar. Eyni zamanda liseyimizin şagirdlərinin dilindən bütün dünyaya sülh və təmizlik mesajı yollayan tədbirin təşkilatçılarına, xüsusilə liseyin fizika müəllimi Baxşıyeva Gülçinə, liseyin müəllim, şagird və valideynlərinə təşəkkür etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi