Dərs ilinin bağlanış debatı

25 may 2017-ci ildə cari dərs ilinin bağlanış debatı təşkil edildi. Tədbiri liseyin debat klubu və Celvello komandasının üzvləri "Alim olmaq asandır, insan olmaq çətin" mövzusunda hazırlamışdı. Debatda liseyin 8-10-cu sinif şagirdləri və müəllim kollektivi iştirak edirdi. Müzakirələr boyunca liseyin direktoru başda olmaqla, həm müəllimlər, həm də şagirdlər tərəfindən səsləndirilən maraqlı fikirlər bir-birini əvəz etdi. Sonda liseyin debat klubunun sədri 11d sinif şagirdi Aytac Kərimzadə liseyi bitirməsi səbəbilə sədrliyi liseyin 8a sinif şagirdi Nigar Zamana təhvil verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi