Balaca karateçimiz qalib gəldi

Alquliyev Yusif Nəsimi oğlu liseyimizin 4c sinif şagirdidir. Dərs əlaçısı olan Yusif, həm də sinfin ən aktiv uşaqlarındandır. Dərslərindən başqa idmana da böyük marağı var, karate ilə ciddi məşğul olur. Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən Xocalı qurbanlarının xatirəsinə həsr olunan yarışma təşkil olunduğunu eşidən Yusif liseydə sinif rəhbərinə soyqırım şəhidlərinin xatirinə qalib gələcəyinə söz verib. Sözünə əməl edib və 2017-ci il 25 fevralda təşkil edilən Bakı birinciliyində I yerə layiq görülüb. Qeyd edək ki, Yusif liseyimizdə təhsil alan bədii gimnastika üzrə dəfələrlə Bakı birinciliyi qazanmış Nərmin Alquliyevanın qardaşıdır. Vətənimizi sevən çalışqan övladlarımızın uğurları bizləri həmişə qürurlandırır, sabaha, qələbənin yaxınlığına inamımızı artırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi