Xocalı soyqırımından 25 il ötdü

Fevralın 24-də liseyimizin bütün siniflərində ilk dərs Xocalı soyqırımına həsr edildi. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimlərimiz 25 il bundan əvvəl Xocalıda sakinlərə qarşı erməni silahlı qüvvələri tərəfindən törədilən faciənin dəhşətlərindən söz açdılar. Şagirdlər şeirlər söylədilər. 4c sinif şagirdi Şahbazlı Nuray həm sinifdə, həm də mövzu ilə bağlı liseyin akt zalında keçirilən tədbirdə öz yazdığı şeirini təqdim etdi. 9 yaşlı bir azərbaycanlının körpə qəlbindən qopan fəryad hər kəsi dərindən sarsıtdı.2017-ci il fevralın 26-da liseyimizin kollektivi də ümumxalq yürüşünə qoşularaq dəhşətli faciənin qurbanları xatirəsinə ucaldılan "Ana harayı" abidəsi önünə qərənfillər düzdü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi