Ənənəvi bayram iməcliyi keçirildi

Bu gün su çərçənbəsidir. Xalqımızın ən əziz bayramı yaxınlaşır. Əsrlər boyunca davam edən ənənələrimizə görə ilin bu vaxtları təmizlik işləri aparılır. Bu da səbəbsiz deyil, havalar isinir, qışın, qarın, çovğunların və xəzrinin qalan izləri torpaqdan təmizlənir. Torpaq uzun yuxudan sonra yeni həyata hazırlanır. Xalqımızın milli dəyərlərini qorumaq, yaşatmaq və gələcəyimiz olan balaları bu adətlərə alışdırmaq məqsədilə hər il bayramqabağı iməclik işləri yerinə yetirilir. Ənənəmizə sadiq qalaraq 21 fevral 2017-ci ildə liseyimizin həyətyanı sahəsində, eyni zamanda daxilində iməclik işləri həyata keçirildi. Müəllim və şagird heyəti həyəti xəzəldən təmizlədi, ağacların dibini bellədi.İlimiz uğurlu gəlsin, torpağımız bərəkətli olsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi