"Sələflərimiz və xələflərimiz"

15 fevral 2017 - ci il tarixində liseyimizdə vətənə sevgi, vətəndaşlığın təbliği və mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə "Sələflərimiz və xələflərimiz" adlı tədbir keçirildi. Liseyin direktoru Aygün Əhmədli qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Tədbirdə Mehmandarovun yaxın qohumları, onun həyatı barədə kitabın müəllifi tədqiqatçı-jurnalist Şəmistan Nəzirli, liseyin kollektivi, qonaqlar iştirak etdirdi. Qonaqlar arasında təhsil eksperti Nizami Məmmədli, Mehmandarovun yaxın qohumları olan Əfrasiyab Talışinski, Mehmandarova Azadə, Almaniyadan məhz bu tədbir üçün gəlmiş qohumu Bəşirova Nazilə və başqaları da vardı. Tədbir Azərbaycanın müstəqilliyi, firavanlığı, gələcəyi uğrunda canından keçən milli qəhrəmanlarımıza, hərb tariximizə öz möhürlərini vuran generallarımıza həsr olunmuşdu. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Səfərova Nərminə tərəfindən hazırlanmış tədbirdə şagirdlər tərəfindən dahi hərbçi Mehmandarovun uşaqlığından, hərbçi olduğu günlərdən, nazir kimi Azərbaycan əsgərinin onun üçün dəyərindən bəhs edən səhnəciklər göstərildi. S. Mehmandarov, Ə.Şıxlinski, H. Aslanov, H.Əliyev davamçıları olan Çingizlər, Mübarizlər, Fəridlər və hətta bugün səngərlərdə bizlərə görə mənfur düşmənlərimizlə üz-üzə dayanıb, dövlətimizin sərhədlərini qoruyan əsgərlərimizin fəaliyyəti haqda danışıldı. Liseyimizdə təhsil alan Mehmandarov nəslinin davamçısı Adil Mehmandarov və digər şagirdlər tərəfindən şeirlər səsləndi. Tədbirin sonunda qonaqlar öz ürək sözlərini deyib uşaqlara və lisey kollektivinə minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi