Şagirdimizin V İngilis dili olimpiadasında uğuru

 ADA Universitetinin təşkilatçılığı ilə 8-9-cu siniflər arasında akademik məqsədlər üçün keçirilən V İngilis dili olimpiadasında liseyimizin 8a sinif şagirdi Şəfiqə Rəsul iştirak etmişdir. O, ümumilikdə 978 şagirdin qatıldığı olimpiadanın I mərhələsini uğurla keçərək ilk 100 şagirddən biri olaraq II mərhələdə iştirak hüququ qazanmışdır. Şagirdimiz növbəti mərhələdə də uğurlu nəticə göstərmiş və sertifikata layiq görülmüşdür. Qeyd edək ki, I mərhələdə şagirdlərin qrammatika və oxu bacarıqları, II mərhələdə isə dinləmə və yazı bacarıqları sınağa çəkilmişdir. Şəfiqəni təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi