Kitabçı düşərgəsi

   Mayın 6-da “Kitabçı düşərgəsi”nin bir qrup üzvü Bakıda fəaliyyət göstərən M Teatrı ziyarət etmiş, mədəniyyət ocağı ilə yaxından tanış olmuşdur. Teatrın rəhbəri Xalq artisti Vidadi Həsənov şagirdlərə teatrın yaranma tarixi və repertuarı haqqında ətraflı məlumat vermiş, aktyorların yaradıcılıq axtarışları haqqında geniş danışmışdır. “Kitabçı düşərgəsi”nin üzvləri məşq prosesini canlı izləmiş, aktyorlara onları maraqlandıran suallarla müraciət etmişlər. 
Sonda viktorina xarakterli diskussiya təşkil olunmuş, düşərgənin fərqlənən üzvlərinə yenicə səhnələşdirilmiş əsərin primyerasına bilet hədiyyə olunmuşdur. Liseyin müəllimi İbrahim Rüstəmov düşərgə üzvləri adından M Teatrın rəhbərinə və yaradıcı kollektivinə təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi