"Qanlı yanvar" faciəsinə həsr olunan "Dəyirmi masa"  keçirildi

  18.01.23-cü il tarixində Zəkalar liseyində "Qanlı yanvar" faciəsinə həsr olunan "Dəyirmi masa"  keçirildi. İlk olaraq 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anıldı. Liseyin tarix müəllimi Hikmət Abdullayev tədbiri giriş sözü ilə  açaraq bildirmişdir ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin  gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.  Şagirdlərin suallarını cavablandıran Hikmət müəllim, tarixi hadisə ilə bağlı faktları xüsusi qeyd etdi. Tədbir diskussiya şəklində davam etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi