İMTAHAN NƏTİCƏLƏRİNDƏN SONRA ŞAGİRDLƏRİN PSİXOLOJİ DURUMU

    Məlum oldugu kimi 17.05.2022-ci il tarixdə  9 cu sinif şagirdlərinin buraxılış imtahan nəticələri bəlli olmuşdur.  Bu nəticələr bəzilərində yüksək  əhval ruhiyyə, bəzilərində məyusluq yaratmışdı. Bunları nəzərə alaraq liseyin psixoloqu Hacıyeva Xatirə bütün 9-cu siniflərdə şagirdlərlə görüşmüş, onları dinləmiş, məsləhət və tövsiyələrini vermişdir. Psixoloq qeyd etmişdir ki, bu nəticə növbəti imtahanlarda daha yüksək nəticə əldə etmək ücün sizi motivasiya etməli, ruhdan düşməməli, kitaba iki əllə sarılmalısınız. Unutmamalısınız ki, qiymət və başqalarının mənfi fikirləri sizin psixoloji durumunuza təsir etməməli, eləcə də sizin özünüzə olan dəyəri aşagı endirməməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi