İngilis dili müəllimlərimizin Davamlı Peşəkar İnkişaf istiqamətində uğurları

Liseyimizin ingilis dili müəllimləri İslamova Könül və Qəniyeva Şəfəq Amerika səfirliyi və Şimali Karolina universitetinin birgə təşkil etdiyi English Ianguage Training (ELT) proqramında müvəffəqiyyətlə  iştirak etmiş, proqramı fərqlənmə ilə bitirmiş  və 28-30 iyun tarixlərində Bakıda keçiriləcək ELT yay konfransına təqdimatçı kimi seçilmişlər. Bu layihədə iştirak üçun ölkə üzrə özəl və dövlət ümumtəhsil müəssisələrindən 100 müəllim seçilmiş və sözügedən universitetin professor və müəllim heyəti ilə birlikdə 24.01.22-09.05.22 tarixlərində təlimə cəlb olunmuşlar. Təlim ingilis dili müəllimlərinin metodiki biliklərinin artırılması istiqamətində yeni strategiya və üsullarla tanışlıq və onların tətbiqi, şagirdlərdə xarici dil bacarıq və vərdişlərinin inkişafında daha effektiv və müasir yanaşma, dərs icmallarının hazırlanması və SİOP, CALLA modelləri əsasında  dərsin planlaşdırılması və s. kimi mövzuları özündə ehtiva etmişdir. 
Müəllimlərimizi əldə etdikləri nailiyyətlərə görə təbrik edir, gələcək peşəkar inkişaf istiqamətində onlara uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi