MƏİŞƏT ZORAKILIĞI NƏDİR VƏ MÜBARİZƏ YOLLARI

   Məişət zorakılığı bütün dünyada geniş yayılmış gender problemidir. Demək olar ki, əksər ailələrdə məişət zorakılığı müəyyən formalarda biruzə verir. Bu hallar nəinki zərərçəkən üçün, hətta onun ətrafındakılar üçün böyük təhlükə ola bilər. Bu həm fiziki, həm də psixoloji təhlükə kimi özünü göstərə bilər. Bu baxımdan problemin həlli üçün müəyyən tədbirlər tələb olunur. Məktəblərdə bu mövzuda  gənc nəslin maarifləndirilməsi mühüm məsələlərdən biridir.
   Liseyin psixoloqu Xatirə Hacıyeva fəaliyyət planına əsasən aprel ayında 10-cu sinif şagirdləri ilə "Məişət zorakılığı nədir və mübarizə yolları" mövzusunda  psixoprofilaktik tədbir keçirmişdir. Psixoloq bu mövzuda şagirdlərə məlumat vermiş, şagirdlər slaydlara baxaraq məişət zorakılığı, onun növləri barədə məlumatlanmışlar. Şagirdlər diskussiyalarda iştirak etmiş, öz fikirlərini iştirak edənlərlə bölüşmüşlər.
  Tədbirdə məişət zorakılığına aid video çarx nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi