Qarabağın incisi- Şuşa

    2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı Zəkalar liseyində  mütəmadi olaraq tədbirlər keçirilir. Belə tədbirlərdən biri liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Sahilə Bilalovanın rəhbərliyi ilə 7e sinifində təşkil edilmişdi. "Qarabağın incisi- Şuşa"  adlı nümunəvi dərsdə liseyin rəhbərliyi, müəllim heyəti iştirak edirdi. Şagirdlərin ifasında səslənən  zəfər ətirli  şeirlər, mahnılar, ifa edilən rəqslər könülləri oxşadı. Şagirdlər Şuşanın tarixi barədə hazırladıqları təqdimatı nümayiş etdirdilər. Tədbirdin sonunda liseyin direktoru Aygün Əhmədli çıxış edərək, xalqımızın dəyərlərini yüksək qiymətlənidirən vətənpərvər şagirdlərlə qürur duyduğunu bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi