Liseydə Novruz şənliyi

    Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli F-85 nömrəli əmrinə əsasən "Bahar çələngi" tədbirlər planı əsasında 17 mart 2022-ci il tarixində  Zəkalar liseyinin 3a sinifində əsl bahar əhval-ruhiyyəsi hakim idi. Al-əlvan milli geyimlərdə toplanan şagirdlərin gözlərindən oxunan sevinc və fərəh hər kəsin ruhunu oxşadı. Liseyin ibtidai sinif müəllimi Reyhan Hacinskayanın rəhbərliyi altında xalqımızın ən qədim bayramı olan Novruzun adət və ənənələri şagirdlərin ifasında məharətlə təqdim edildi. Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş folklor nümunələrindən parçalar söyləyib, mahnılar səsləndirib, rəqslər  və maraqlı səhnəciklər nümayiş etdiriblər. Novruzun əsas atributlarından olan kosa və keçəlin gəlişi tədbiri daha da maraqlı etdi. Möhtəşəm tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirdə liseyin rəhbərliyi, kollektiv üzvləri, bir qrup valideyn iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi