Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb turu keçirilib

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş  "Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb turu keçirilib. Təlimatda qeyd olunan mövzular üzrə  çıxış edən şagirdlər liseyin direktor müavinləri L.Məcidova, A.Şıxəliyeva, hərbi rəhbər İ.Rüstəmov, Azərbaycan dili fənni üzrə metodbirləşmə sədri N.Səfərovadan ibarət  münsiflər heyəti tərəfindən dinlənilib. Müsabiqə iştirakçıları  müxtəlif meyarlar üzrə qiymətləndiriliblər. Ən çox bal toplayan şagird müəyyənləşdirilib və şəhər turu üçün seçilib. Şagirdimizə növbəti turda da uğurlar diləyir, Heydər Əliyev irsinin şagirdlər tərəfindən öyrənilməsində müsbət rol oynayan bu musabiqənin işinə müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi