Şagirdlər tanınmış pedaqoqun tövsiyələri ilə tanış oldular

    Oktyabrın 29-da 287 nömrəli “Zəkalar” liseyində tanınmış pedaqoq Yanuş Korçakın tövsiyələrini şagirdlərə çatdırmaq məqsədilə tədbir keçirilib. Öncə liseyin direktoru Aygün Əhmədli   giriş sözü ilə çıxış edib və şagirdlərə tədbirin əhəmiyyəti haqqında danışıb. Daha sonra liseyin çağırışaqədərki hazırlıq müəllimi İbrahim Rüstəmov Yanuş Korçakın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Yanuş Korçak həm bir həkim, həm də bir pedaqoq kimi bütün ömrünü uşaqların fiziki və mənəvi sağlamlığına həsr edib. O, “Uşağı necə sevməli”, “Zarafatcıl pedaqogika”, “Bir də uşaq olsam”, “Tərbiyə məqamları”  kimi  təhsil sahəsinin qızıl fonduna daxil olmuş 24 maraqlı kitabın və yüzlərlə məqalənin müəllifidir. Təəssüf ki, 1942-ci ildə öz himayəsinə götürdüyü iki yüz uşaqla bir yerdə alman faşistləri tərəfindən qaz kamerasında qətlə yetirilən Y. Korçakın pedaqoji araşdırmaları yarımçıq qalıb. Sonda İ. Rüstəmovun müəllifliyi ilə  doktor Yanuş Korçakın xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi