Şəhid ailələri ziyarət edildi

    Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı qadınlar şurasının  sədri, 287 nömrəli Zəkalar liseyinin direktoru Aygün Əhmədli və şuranın fəalları Novruz bayramı ərəfəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş əsgərlərin ailələri ilə görüşüblər.  Şura üzvləri Vətən müharibəsi şəhidləri Ismayilov Orxan, Məmmədov Vüsal, Əsgərov Rüfət, Cəfərli Həmid, Ibrahimov Xeyrulla, Kərimov Sənan, Əliyev Eldar   və Quliyev Rəşadın evlərinə qonaq olub,  şəhid ailələrinin qayğıları ilə maraqlanıblar. Görüşdə şəhidlik zirvəsinə ucalmış döyüşçülərin müharibədəki igidlik və şücaətlərindən danışılıb. Qeyd olunub ki, hər bir şəhidimiz xalqımızın qəlbində əbədi yaşayacaq.  Novruz bayramı ilə əlaqədar ailələrə bayram sovqatı  təqdim olunub. Vətən uğrunda şəhid olanlar və qazilər ailələrinə diqqət və qayğı hər bir vətən övladının borcudur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi