41 şagirdimiz yarımfinala vəsiqə qazandı

  16 fevral 2021-ci tarixində   Respublika Fənn Olimpiadasının nəticələri açıqlandı. Bütün fənlər üzrə nəticələrə görə liseyin 41 şagirdi  RFO-nın yarımfnal turuna vəsiqə qazandı. Onların arasında  9-cu sinif şagirdləri ilə çiyin-çiyinə yarışan 11 nəfər 8-ci sinif şagirdini xüsusi qeyd etmək lazımdır. 

   Şagirdlərimiz  yüksək nəticələr göstərmişlər.   10-cu  sinif şagirdlərindən  İskəndərov Murad tarix fənni üzrə 95,  Ağayev Şahmar  informatika fənni üzrə  81,  11-ci sinif şagirdlərindən isə  Orucova Nəcibə biologiya fənni üzrə  82,  Cəfərova İlahə kimya fənni üzrə 85, Həsənzadə Leyla Azərbaycan dili fənni üzrə 90  bal toplamışlar. Bu şagirdlərin timsalında bütün yarımfınalçılarımızı dəyərli bilik yarışında göstrədikləri yüksək nəticələrə görə təbrik edir, onlara daha böyük uğurlar arzu edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi