Bakı məktəbliləri arasında  ilk dəfə Vətən müharibəsində qələbəyə həsr edilmiş «Qarabağ intellektual oyunu» keçirilib

Dekabrın 29-da «Zəkalar» liseyinin 8-10-cu sinifləri arasında Bakı məktəbliləri arasında  ilk dəfə Vətən müharibəsində qələbəyə həsr edilmiş «Qarabağ intellektual oyunu» keçirilib. Liseyin direktor müavini  Yusifova Lalə və dərnək rəhbəri Elmidar Süleymansoyun təşkilatçılğı ilə keçirilən  oyunda  8 komanda qüvvəsini sınayıb. Yekunda 24 sualın hamısına cavab verən 10 K sinfinin «Dəli yığıncağı» komandası birinci tutub, 23 suala cavab verən 10 C sinfinin «Dəmir yurmuq» komandası və 8 K sinfinin «Qızılbaşlar»   ikinci və  üçüncü yerləri bölüşüb. 
Open-quiz platformasında təşkil edilən intellektual yarışda suallar tariximiz, Qarabağ tarixi, Azərbaycan coğrafiyası, məntiq, dünyagörüşü, hərbi vətənpərvərlik və s. sahələri əhatə edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi