Hakaton qalibləri xüsusi təbrik edildi

      28.12.2020 tarixində Mehriban Vəliyevanın rəhbərliyi ilə   BŞTİ  rəhbər işçilərin məktəb direktorları ilə onlayn görüş keçirildi. Görüşdə paytaxt məktəblilərindən ibarət komandanın  “Microsoft” tərəfindən keçirilən “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda qalib seçilməsi ilə bağlı məlumat verildi. Çıxış zamanı  Zəkalar liseyindən   11d sinif şagirdi Fərid Əzizov və  10a sinif şagirdi Şahmar Ağayevin   də üzvü olduqları beş nəfərlik komandanın uğuruna diqqət çəkilərək, onların təhsil aldığı tədris ocaqlarının kollektivlərinə təşəkkür çatdırıldı.

      Biz də, öz növbəmizdə   komandanın qalib olmasında  zəhməti olan hər kəsə və  komanda rəhbəri  Sənubər Məmmədovaya dərin minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi