Şagirdimiz onlayn rəsm müsabiqəsinində II yerin sahibi oldu

     2020-ci ilin aprel ayında Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Biz birlikdə güclüyük!” mövzusunda respublika onlayn rəsm müsabiqəsi  keçirildi. Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd məktəblilərin ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimində uşaqların ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək və istedadlı uşaqları üzə çıxarmaqdan ibarət idi. Müsabiqəyə şagirdlər tərəfindən  yüzlərlə iş təqdim edildi. Müsabiqənin qalibləri sırasında  liseyimizin 6a sinif şagirdi Sevil Qəribova da var. O, təqdim etdiyi rəsmlə II yerin sahibi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi